Pakistan HDQ-nin komandanı Azərbaycan səfiri ilə görüşüb

Pakistan Hərbi Dəniz Qüvvələrinin Baş komandanı, admiral Asif Şamdani Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşüb. Bu barədə “AzeriDefence”yə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

Admiral A. Şamdani Azərbaycanın Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyini nxatırladaraq bunu yüksək qiymətləndirib. 2003-cü ildə Azərbaycana səfər etdiyini deyən admiral Bakıya bir daha səfər etmək arzusunda olduğun vurğulayıb.

Səfir D. Şikarov da Azərbaycanın ərazi bütövlüyünə Pakistanın dəstəyini, eləcə də Pakistanın hərbi-dəniz məktəblərində azərbaycanlı zabitlər üçün kursların təşkilində bu ölkənin köməyini yüksək qiymətləndirib.

KATEQORIYA: