Pakistan IDEAS-2022 sərgisinə hazırlaşır

Pakistan IDEAS-2022 sərgisinə hazırlaşır

Pakistanın Kəraçi şəhərində iki ildən bir keçirilən IDEAS beynəlxalq müdafiə sənayesi sərgisi və seminarı bu il 15-18 noyabr tarixlərində keçiriləcək.

“Poliqon”un məlumatına görə, bu, Pakistan Silahlı Qüvvələrinin və Hökumətinin hamiliyi altında təşkil olunacaq sayca 11-ci IDEAS sərgisidir.

Sərginin təşkilat komitəsindən verilən məlumata görə, yüksək vəzifəli rəsmi şəxslərin, Müdafiə nazirliklərin və digər güc qurumlarının nümayəndələrinin iştirak edəcəyi IDEAS sərgisi çərçivəsində Pakistan və dünyanın müdafiə sənayesi şirkətləri 4 gün ərzində ən son texnoloji yeniliklərini nümayiş etdirəcək.

IDEAS-2022 sərgisi həm Pakistan hərbi sənaye kompleksinin, həm də dünyanın müxtəlif ölkələrindən gələn şirkətlərin Cənub-Şərqi Asiya regionunda özünü tanıtması baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycandan “Poliqon” jurnalı IDEAS beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi media tərəfdaşı qismində çıxış edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS