Pakistanın Türkiyəyə ixrac edəcəyi “Super Mushshak” təyyarəsinin görüntüsü yayılıb

Pakistanın Türkiyəyə ixrac edəcəyi “Super Mushshak” təyyarəsinin görüntüsü yayılıb

Pakistanın PAC (“Pakistan Aeronautical Complex”) şirkəti tərəfindən Türkiyə Hərbi Hava Qüvvələri üçün istehsal edilən MFI-395 “Super Mushshak” yüngül təlim-döyüş təyyarəsinin ilk uçuş görüntüsü yayılıb.

“Poliqon” xəbər verir ki, 2016-cı ildə Karaçi şəhərində keçirilən İDEAS-2016 sərgisi çərçivəsində Türkiyə və Pakistan arasında MFI-395 “Super Mushshak” təyyarələrinin alqı-satqısı dair müqavilə imzalanıb.

Müqaviləyə uyğun olaraq Pakistan Türkiyəyə 52 ədəd “Super Mushshak” təlim-döyüş təyyarəsi ixrac edəcək.

Hazırda “Super Mushshak” təyyarələri Pakistanla yanaşı Azərbaycan, Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da stifadə olunur. Yüksək təhlükəsizlik standartlarına cavab verən təyyarə 300 kiloqram ağırlığında bomba və raketlərlə yüklənə bilər.

CATEGORIES
TAGS