Azərbaycan ərazisinə narkotik vasitə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Azərbaycan ərazisinə narkotik vasitə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Aprel ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İrandan Azərbaycan istiqamətində keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılıb və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “54-BK-650” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Mehrəliyev Namik Hamil oğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd oğlu və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

photo 2025 04 23 11 27 07

CATEGORIES