Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

Azərbaycanda səfərdə olan Pakistan Milli İdarəetmə Kollecində təhsil alan Pakistan Hökumətinin yüksək rütbəli dövlət qulluqçularından ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Görüşdə hər iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə Milli Müdafiə Universiteti və İkinci Qarabağ müharibəsi haqqında geniş brifinq təqdim edilib.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee də görüşdə iştirak edib.

Sonda xatirə şəkli çəkdirilib.

Poliqon.az

CATEGORIES