Pentaqon “Stryker” M1128 MGS döyüş maşınlarından imtina edir

Pentaqon “Stryker” M1128 MGS döyüş maşınlarından imtina edir

2022-ci ilin sonuna qədər Pentaqon “Stryker” M1128 MG təkərli tanklarını satmağı planlaşdırır.

“Poliqon” “Defense News”a istinadən xəbər verir ki, ABŞ Ordusu “Stryker” M1128 MGS döyüş maşınlarından imtina edib.

Tank topu ilə təchiz edilmiş “Stryker” döyüş maşınından imtina edilməsinin əsas səbəbi hərtərəfli təhlil nəticəsində sistemin bütövlükdə köhnəlməsinin, eyni zamanda köhnəlmiş silah və doldurma avtomatının sistem problemlərinin aşkar edilməsidir. “Məsələn, MGS modifikasiyası ilk düz dibli şassi üçün hazırlanıb və heç vaxt əldəqayırma partlayıcı qurğular və ya tank əleyhinə minalar kimi təhdidlərə davam gətirməkdən ötrü təkmilləşdirilməmişdir”.

“Stryker” MGS versiyası 105 mm tank topu ilə təchiz edilib. Sistemlər 2000-ci illərin əvvəllərində ordunun təminatına daxil olmağa başlayıb. Döyüş maşını həmlə piyada bölmələrini düzünə atəşlə təmin edərək, möhkəmləndirilmiş düşmən sığınacaqlarını, pulemyotları və snayperləri məhv etmək üçün təyin edilib.

Pentaqonda, 30 mm çaplı yüksək atəş tezlikli top və raket silahlarına sahib olan Stryker A1 Medium Caliber Weapon System (MCWS) orta çaplı silah sisteminin yeni versiyasının “Stryker” MGS təkərli tankını tamamilə əvəz edə biləcəyinə əmindirlər.

“Stryker” ABŞ-ın “General Dynamics Land Systems” şirkəti tərəfindən yaradılmış və istehsal olunan təkərli zirehli döyüş maşınları ailəsidir. Stryker zirehli transportyorları 2003-cü ildə ABŞ ordusunun silahlanmasına daxil olub. Döyüş maşını üç heyət üzvü daxil olmaqla on iki nəfəri daşıya bilir. Stryker bazasında, 105 mm toplu M1128 Mobile Gun System təkərli tankı, 120 mm M1129 Mortar Carrier mobil minaatanı və ondan artıq digər döyüş, mühəndis və köməkçi vasitə növləri yaradılıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS