Pentaqon Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Pentaqonun Ukrayna üçün açıqladığı yeni hərbi yardım paketi əsasən, YARS və ZRK-lər üçün raketləri, döyüş sursatlarını, zirehli maşınları, tank əleyhinə silah sistemlərini, artilleriya və minaatan mərmilərini əhatə edir.
Hərbi yardım paketinə daxildir:
- NASAMS zenit-raket kompleksləri üçün əlavə raketlər;
- “Stinger” zenit raketləri;
- Antidron sistemləri;
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
- 155 və 105 mm-lik artilleriya mərmiləri;
- TOW tank əleyhinə raketlər;
- “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
- AT4 tank əleyhinə qumbaraatanlar;
- “Stryker” zirehli transportyorları və s.