Phantom Eye ilk uçuşunu gerçəkləşdirib

Boeing şirkəti Phantom Eye adlı pilotsuz uçuş aparatının ilk uçuşunu gerçəkləşdirib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Boenig şirkətinin yaydığı press-relizdə bildirilib.

Eduards hərbi bazasında gerçəkləşdirilmiş uçuş 28 dəqiqə davam edib. Uçuş uğurlu keçsə də eniş zamanı PUA-nın xizəklərindən biri eniş edilən ərazidə torpağa bataraq qırılıb.

Test zamanı Phantom 4080 fut yüksəkliyə qalxaraq 62 mil kreyser sürətinə nail olub.

KATEQORIYA: