MüdafiəXəbərlər

“Platinum Wolf-2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf-2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.

Əvvəlcə beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib.

Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndiriblər.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, təcrübə mübadiləsinin aparılması, sülhməramlı əməliyyatların icrası zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı uzlaşmanın gücləndirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak ediblər.

1633c3941f8a2c54b314c45c12d39188 b650b4518bd9f229f49bb3ef8cfe1322 2f6ca3080245d39665332d22ecc00985 5d8787130191ad9255b804dfaaa6c6cc abed50a4d4d1273ec33e9b5a28ff0bc8 0eeadaff8cacf60288473d73b4c62274 f185afbc90e40ec507f090241a2a65a0 e1ce510a9348661a8ec99a3c1b380f31 167497aa2341c38a1485ed04f6205ef1 611c0b420e4178278dc1c5acab1aa55a

Back to top button