
POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının iyul-avqust 2026-ci il tarixli 4-cü (84) sayının yayımı başlanıb.
Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.
POLİQON-un yeni sayında DSX rəisinin müvaini general-leytenant Abbas Xəlilov və Azərbaycanda keçiriləcək ADEX və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova ilə müsahibələr, “SALVO və KAYRA: Azərbaycan HDQ-nin insansız dəniz imkanlarında yeni mərhələ”, “Naxçıvanda yeni komando hərbi hissələri: ƏÜO-nun döyüş qabiliyyəti gücləndirilir”, “Azərbaycan HHQ-nin JF-17 qırıcıları: Ortaya çıxan maraqlı detallar”, “Müasir müharibənin rəqəmsal cəbhəsi: dünya ordularında Kiber Komandanlıqların rolu”, “Artilleriya və atəşi idarəetmə sistemlərinin rəqəmsallaşdırılması”, “Kosmosda hərbiləşmə və silahlanma yarışı riski artır”, “Azərbaycanın müdafiə sənayesi kontekstində zirehli texnikanın rəqəmsal modernləşdirilməsi imkanları” və digər başlıqlı yazılar yer alıb.
Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.





