
POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının 5 (79) 2025 sayı
POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının oktyabr 2025-ci il tarixli 5-ci (79) sayının yayımı başlanıb.
Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.
POLİQON-un yeni sayında “Dünya döyüş gəmiləri bazarına baxış – FREQATLAR”, “NATO silahlanmasına keçid: çağırışlar və imkanlar”, “Qlobal bazarda təklif edilən qırıcı təyyarələr – II HİSSƏ”, “Birgə hərbi təlimlər kontekstində Azərbaycanın müdafiə strategiyasının inkişafı”, “Zirehli hədəflərə qarşı yeni nəsil raket sistemləri”, “Zirehli texnikanın müdafiə konsepsiyalarında paradiqma dəyişikliyi: müqayisəli təhlil və gələcək inkişaf vektorları”, “155 mm çaplı NORA-B52 özüyeriyən haubitsası və modifikasiyaları”, “MKE-nin Azərbaycandakı yeni şirkəti: MKA” və digər başlıqlı yazılar yer alıb.
Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.


