POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının 6 (80) 2025 sayı

POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının 6 (80) 2025 sayı

POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının noyabr-dekabr 2025-ci il tarixli 6-cı (80) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında “Zəfərdən sonra daha da güclənən ordu: yeni silahlanma və imkanlar”, “Azərbaycan Ordusunun silahlanmasına daxil edilən yeni silah və texnikalar”, “Müharibə təcrübəsindən Zəfər paradına: zirehli texnikaların dərin modernləşdirilməsi”, “PDM-lər üçün təklif olunan qüllə sistemləri”, “Azərbaycanın Türkiyə və tərəfdaş ölkələrlə birgə təlimləri: əməliyyat uyğunluğu”, “Dünya ölkələrinin təyyarə gəmisi layihələri”, “PIMEC-2025 beynəlxalq platforması: regional dəniz sənayesinin yeni mərhələsi”, “Dubai Airshow 2025” yeni nəsil aviasiya və müdafiə texnologiyaları diqqət mərkəzində”, “DSX qarşısında qoyulan tapşırıqlar yüksək səviyyədə yerinə yetirilib”, “DTX-nin beynəlxalq əməkdaşlıq və rəqəmsal inkişaf istiqamətində strateji fəaliyyəti”, “AzTU-nun 75 illik yolu: mühəndis kadrlar, müdafiə sənayesi və beynəlxalq əməkdaşlıq”, “Azərbaycan müdafiə sənayesi: 20 ildə formalaşan strateji sektor”, “ASELFLIR 600: Yüksək hündürlükdə kəşfiyyat və hədəfləmədə yeni nəsil texnoloji üstünlük”, “MKE-nin döyüş meydanı üçün kompleks həlləri: ALPAY, MKE-739 və MAM-15”, “Otokar” quru platformaları sahəsində ixrac liderliyini qoruyur” və “Azərbaycan regionun ən mühüm müdafiə sənayesi sərgisi olan ADEX-2026-ya hazırlaşır” başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

CATEGORIES