Polşa ABŞ-dan 12 milyard dollarlıq ağır döyüş helikopterləri alır
ABŞ hökuməti Polşaya 12 milyard dollar dəyərində AH-64E helikopterlərinin satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 96 ədəd AH-64E ağır döyüş helikopterinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.
Bundan başqa, sifarişə daxildir:
- 210 ədəd T700-GE 701D mühərriki (192 quraşdırılmış və 18 ehtiyat);
- 1844 ədəd AGM-114R2 “Hellfire” raketi;
- 460 ədəd AGM-179A JAGM (Joint Air-to-Ground Missiles) raketi;
- 96 ədəd M36E8 “Hellfire” CATM (Captive Air Training Missiles) təlim raketi;
- 508 ədəd “Stinger” 92K Blok I raketi;
- 7650 ədəd WGU-59/B APKWS-II (Advanced Precision Kill Weapon System II) lazer tuşlamalı dəst;
- Dost və düşmən tanıma sistemi (IFF);
- rabitə sistemləri;
- təlim cihazları, simulyatorlar və s.
Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Boeing” və “Lockheed Martin” şirkətləri çıxış edəcək.