Polşa AW149 helikopterlərini “Hellfire” raketləri ilə silahlandırır

Polşa AW149 helikopterlərini “Hellfire” raketləri ilə silahlandırır

ABŞ hökuməti 150 milyon dollar dəyərindəki “Hellfire” tank əleyhinə raketlərin Polşaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, bu sifarişə 800 ədəd AGM-114R2 “Hellfire” və 4 ədəd M36 “Hellfire” CATM (Captive Air Training Missiles) raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişlə bağlı istehsal və çatdırılma işləri ABŞ-ın “Lockheed Martin” şirkətinin baş podratçılığı ilə yerinə yetiriləcək.

Qeyd edək ki, alınacaq AGM-114R2 “Hellfire” tank əleyhinə raketlər Polşa Quru Qoşunlarının AW149 çoxməqsədli helikopterlərinə quraşdırılacaq. Raketlərin helikopterlərə inteqrasiya işləri İtaliyanın “Leonardo” şirkətinin tərkibinə daxil olan və Polşada fəaliyyət göstərən “PZL Swidnik” şirkəti tərəfindən həyata keçiriləcək.

AGM 114R Hellfire Romeo e1616261671955

Poliqon.az

CATEGORIES
TAGS