Polşa Cənubi Koreyadan əlavə K239 “Chunmoo” YARS-lar alır

Polşa Cənubi Koreyadan əlavə K239 “Chunmoo” YARS-lar alır

Polşanın Milli Müdafiə Nazirliyi Cənubi Koreyanın “Hanwha Aerospace” (əvvəlki adı “Hanwha Defense”) şirkətindən əlavə K239 “Chunmoo” yaylım atəşli reaktiv sistemlar (YARS) alır.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat paylaşıb.

Qeyd edilib ki, tərəflər arasında 72 ədəd K239 “Chunmoo” YARS-ın və raketlərinin alqı-satqısını nəzərdə tutan müqavilə Polşanın dövlət katibi Pavel Bejdanın başçılıq etdiyi nümayəndə heyətinin Cənubi Koreyaya səfəri zamanı imzalanıb.

Xatırladaq ki, bundan əvvəl 2022-ci ilin oktyabrında Polşanın Milli Müdafiə Nazirliyi 18 ədəd K239 “Chunmoo” YARS-ın alınması üçün Cənubi Koreya şirkəti ilə müqavilə imzalamışdı.

CATEGORIES
TAGS