Polşa Ordusu 120 “Rak” minaatanı və 60 artilleriya komanda maşını alır

Polşa Ordusu 120 “Rak” minaatanı və 60 artilleriya komanda maşını alır

Polşa Ordusuna son beş il ərzində 70-dən çox 120 mm-lik “Rak” özüyeriyən minaatan sistemi tədarük edilib. Belə ki, 12-ci Mexanikləşdirilmiş briqada, yerli “Huta Stalowa Wola” şirkətindən 120 mm-lik “Rak” özüyeriyən minaatan sistemlərinin üçüncü və bütün tarix üzrə doqquzuncu batareya dəstini qəbul edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Defence24” portalı məlumat yayıb.

Qeyd edək ki, Polşa ordusu istehsalçı ilə ilk 120 mm-lik “Rak” minaatan sistemlərinin tədarükü barədə müqaviləni 2016-cı ilin aprel ayında bağlayıb. Xatırladaq ki, minaatan sistemlərinin birinci partiyasının tədarükü 2017-ci ilin oktyabr ayının sonunda baş tutub. İkinci partiyasının tədarükü isə 2019 -cu ilin oktyabrında başa çatdırılıb. Üçüncü partiya 11 oktyabr 2019-cu ildə imzalanmış və 16 dəst (2 batareya dəsti) sistemin tədarükünü nəzərdə tutan müqavilə əsasında təchiz edilib. Bu tədarük, cari il üçün planlaşdırılan iki tədarük partiyasından biridir.

Hər partiyada tədarük edilən özüyeriyən minaatan sisteminin batareya dəstinə 8 dəst 120 mm-lik М120К özüyeriyən minaatanları və 4 dəst AWD artilleriya komanda maşını daxildir.

Məlumat üçün əlavə edək ki, 2020-ci ilin may ayında daha 40 dəst (5 batareya dəsti) 120 mm-lik “Rak” minaatan sisteminin tədarükü üçün 700 milyon zlotı (PLN) dəyərində başqa üçüncü müqavilə bağlanıb.

Beləliklə, 2024-cü ilə qədər Polşa ordusu ümumilikdə 120 dəst “Rak” özüyeriyən minaatanı və 60 dəst artilleriya komanda maşını almalı və bununla da artilleriyasının imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməlidir.

Bunlardan başqa, ayrı bir müqaviləyə əsasən, Polşa Müdafiə Nazirliyi, “Rak” özüyeriyən minaatanlarını dəstəkləmək üçün köməkçi maşınların tədarük edilməsini sifariş edib: “Rak” minaatan sistemi ilə silahlandırılmış hər bir batareya üç ədəd sursat daşıma maşını (AWA), bir ədəd təmir maşını (AWRU) və “Rosomak” zirehli maşının bazasında iki ədəd AWR artilleriya kəşfiyyatı maşını almalıdır.

1

“Rak” özüyeriyən minaatan

2

AWA sursat daşıma maşını

3

AWR artilleriya kəşfiyyatı maşını

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS