
Azərbaycan və Pakistan peyk rabitəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və Pakistanın qabaqcıl texnologiya və rabitə şirkətlərindən biri olan “Supernet Limited” arasında peyk rabitəsi sahəsində əməkdaşlığı nəzərdə tutan Kommersiya Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Kosmik Agentliyi məlumat yayıb.
Bildirilib ki, memorandum çərçivəsində tərəflər peyk rabitəsi üzrə beynəlxalq bazarlarda birgə fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlıq etməyə, qarşılıqlı bilik vətəcrübə mübadiləsi aparmağa razılıq veriblər.