HavaXəbərlər

STM-in avtonom sistemləri sahədə imkanlarını nümayiş etdirib

STM şirkətinin milli imkanlar hesabına hazırladığı yeni avtonom sistemlər müxtəlif əməliyyat ssenariləri üzrə keçirilən sahə sınaqlarında imkanlarını uğurla nümayiş etdirib.

STM-dən “Poliqon”a verilən məlumata görə, sınaqlar zamanı təhdid yaradan PUA-lara qarşı radar dəstəkli aşkarlama, izləmə və məhvetmə imkanlarına malik TUNGA-X tutucu dronu fəaliyyət göstərib.

Həmçinin kritik obyektlərin məsafədən və fasiləsiz müşahidəsi üçün TOGAN kəşfiyyat PUA-sı ilə NEST ağıllı yuva sistemi inteqrasiyası da sahədə sınaqdan keçirilib.

Bundan əlavə, TOGAN-M mini müşahidə PUA-sının ağıllı yuva sistemi ilə inteqrasiyası, eləcə də siqnal kəşfiyyatı tapşırıqları üçün TOGAN/“SpecDrone” inteqrasiyası müxtəlif ssenarilərdə imkanlarını nümayiş etdirib.

Keçirilən sınaqlarla STM-in təhdid yaradan PUA-larla mübarizə, avtonom kəşfiyyat və müşahidə, kritik obyektlərin təhlükəsizliyi və siqnal kəşfiyyatı sahələrində hazırladığı milli həllər sahədə uğurla sınaqdan keçirilib.

WhatsApp Image 2026 09 12 at 11.22.59 1

Back to top button