Polşa PUA əleyhinə özüyeriyən sistem sərgiləyib

Polşa PUA əleyhinə özüyeriyən sistem sərgiləyib

Keltsdə 6-9 sentyabr 2022-ci il tarixlərində keçirilən 30-cu MSPO 2022 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Polşanın ZM “Tarnów” (Zakładów Mechanicznych “Tarnów”) şirkəti pilotsuz uçuş aparatları (PUA, dron) əleyhinə özüyeriyən sistemi təqdim edib.

“Poliqon” “Defence 24″ə istinadən xəbər verir ki, sərginin əsas diqqətçəkən məqamı ZM “Tarnów” şirkəti tərəfindən uzun müddətdir yaradılmış PUA ilə mübarizə sistemi olub.

Sistem Polşa istehsalı olan WLKM-12.7 ağır pulemyotu ilə təchiz olunub. WLKM-12.7 fırlanan lülə bloku və xarici elektrik ötürücüsü olan dörd lüləli pulemyotdur. Sursat olaraq 50 BMG (12.7×99 mm) çaplı NATO standartlı patronlardan istifadə olunur. Onun təxmini atış tezliyi dəqiqədə 3600 atəşə çatır. Bu dəst, həmçinin optoelektron hədəf aşkarlama və izləmə sistemi ilə təchiz edilib.

“Ford Super Duty” avtomobilinin şassisinə yuxarıda təsvir edilən komponentlərə əlavə olaraq Polşa istehsalı radiolokasiya sistemi də inteqrasiya edilib. İstehsalçı gələcəkdə sistemi başqa platformada quraşdırmaq, eləcə də ona elektron anti-dron sistemini tətbiq etməyin mümkün olduğunu bildirib.

ss

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES