Polşa üçün inşa edilən ikinci SIGINT gəmisi suya buraxılıb

Polşa üçün inşa edilən ikinci SIGINT gəmisi suya buraxılıb

Qdansk şəhərində İsveçin “Saab” şirkəti tərəfindən inşa edilən Polşanın ikinci SIGINT gəmisi “ORP Henryk Zygalski”nin suya buraxılış mərasimi keçirilib.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, “ORP Henryk Zygalski”, DELFIN proqramı çərçivəsində Polşa üçün inşa edilən ikinci və son SIGINT gəmisidir.

Proqramın birinci gəmi “ORP Jerzy Różycki” 2025-ci ilin iyulunda suya buraxılıb.

Xidmətə qəbul edilməzdən əvvəl hər iki gəmi zəruri kəşfiyyat sistemləri ilə təchiz olunacaq və dəniz sınaqlarından keçiriləcək.

Qeyd olunub ki, gəmi bazalı elektron kəşfiyyat sistemləri SIGINT missiyası çərçivəsində dəniz mühitində elektron kəşfiyyatın bütün spektri üzrə kəşfiyyat məlumatlarının toplanmasına imkan verəcək.

“DELFIN” proqramı çərçivəsində inşa edilən gəmilər üzrə əsas podratçı “Saab” şirkətidir. Gəmilərin tikintisi üçün “Remontowa Shipbuilding S.A.” subpodratçı qismində cəlb olunub, Polşanın MMC şirkəti isə dizayn işlərində “Saab”a dəstək göstərir. “Saab” qabaqcıl missiya sistemlərinin təchizatı və inteqrasiyasına tam cavabdehdir. Layihənin icrasında Polşa müdafiə sənayesinə daxil olan digər qurumlar da iştirak edir.

Gəmilərin bortdaxili quraşdırma işlərinin növbəti mərhələsi və dəniz sınaqları başa çatdıqdan sonra 2027-2028-ci illərdə təhvil verilməsi planlaşdırılır.

CATEGORIES