QuruXəbərlər

Polşa Ukraynaya “Patriot” HHM sistemləri üçün raketlərin növbəti partiyasını verə bilər

Polşa Ukraynaya “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlərin növbəti partiyasını vermək imkanını nəzərdən keçirir.

“Poliqon” xəbər verir ki, bu barədə Polşa milli müdafiə nazirinin müavini Maqdalena Sobkoviak-Çarneçka RMF FM radiosuna müsahibəsində bildirib.

Nazir müavininin sözlərinə görə, mümkün silah tədarükü ilk növbədə Polşanın təhlükəsizliyi baxımından qiymətləndirilməlidir. Vəziyyətin qiymətləndirilməsinə Rusiyaya məxsus raketin Polşa ərazisinə daxil olması ilə bağlı son insident də təsir göstərir. Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış hazırda Ukraynaya növbəti raket partiyasının göndərilməsini dəstəkləməyə meyllidir.

“Əvvəllər raketləri ötürməyimizin doğru olub-olmaması ilə bağlı bütün siyasi mübahisələrə baxmayaraq, bu gün o, daha çox raketlərin verilməsinin tərəfdarıdır. Çünki belə bir raketin bizim ərazimizə daxil olmaqdansa, Ukrayna ərazisi üzərində vurulmasına üstünlük verir”, – deyə Maqdalena Sobkoviak-Çarneçka qeyd edib.

O, məsələ ilə bağlı qərarın yaxın günlərdə qəbul ediləcəyini vurğulayıb.

Back to top button