
Polşa Ukraynaya silah tədarük etməyi planlaşdırıb
Polşa hökuməti Ukraynaya silah tədarük etmək barədə qərar qəbul edib.
“Poliqon” xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bildirib.
Tədarüklərin hansı vaxtda həyata keçirilməsinə gəlincə, Pavel Solox qeyd edib ki, bu Ukrayna tərəfinin cavabından asılıdır.
Tədarük edilməsi planlaşdırılan silahların hücum deyil, özünümüdafiə məqsədi daşıdığını qeyd edən büro rəhbəri sözügedən silahların sayını və növünü açıqlamayıb.
Pavel Solox, eyni zamanda Polşa və Ukrayna prezidentləri arasında danışıqların uğurla aparıldığını, Polşanın istənilən vaxt Ukraynaya hərbi yardım göstərməyə hazır olduğunu bildirib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər