Polşada “Patriot” ZRK elementlərinin HHM sisteminə inteqrasiyasına başlanılıb

Polşada “Patriot” ZRK elementlərinin HHM sisteminə inteqrasiyasına başlanılıb

Polşada “Patriot” zenit-raket kompleksinin (ZRK) elementlərinin hava hücumundan müdafiə (HHM) sisteminə inteqrasiyasına başlanılıb. Polşa “Wisła” (“Visla”) adlı proqram çərçivəsində HHM sistemlərini təkmilləşdirir.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” səhifəsində paylaşım edib.

Mariuş Blaşçak bildirib ki, ABŞ-ın “Patriot” ZRK elementlərinin yoxlanılması və inteqrasiyası prosesi başlanıb. Bu Polşanın hava məkanının qurudan müdafiəsinin inkişafının növbəti mərhələsidir.

Xatırladaq ki, Polşanın “Wisła” HHM sisteminin təkmilləşdirilməsi proqramının praktiki mərhələsi 14 noyabr 2017-ci ildə başlayıb. Sonra ABŞ Dövlət Departamenti Polşaya “Patriot” ZRK-nin 4 batareyasının iki mərhələsindən birinci hissəsi kimi potensial satışı təsdiqləyib.

ZRK-lar inteqrasiya olunmuş HHM və Raket Əleyhinə Müdafiə (RƏM) Döyüş Komandanlığı Sistemi (Integrated Air and Missile Defense Battle Command System – IAMD IBCS) ilə “PAC-3+” (Patriot Advanced Capability-3+) konfiqurasiyasında hazırlanmalıdır.

Polşa potensial dəyəri 10,5 milyard ABŞ dolları olan 208 ədəd PAC-3 MSE (Missile Segment Enhancement) zenit idarəolunan raketləri, 11 ədəd PAC-3 MSE sınaq raketləri, digər avadanlıq və xidmətlər almalıdır.

Birinci mərhələ çərçivəsində Polşaya inteqrasiya olunmuş IBCS döyüş idarəetmə sistemi ilə “PAC-3+” konfiqurasiyasında hər biri iki batareyadan ibarət olmaqla iki “Patriot” divizionu çatdırılacaq. İlk iki “Patriot” divizionunun təhvil verilməsi 2022-ci ilin sonuna qədər tamamlanacaq.

Komplekslərin döyüş istifadəsi üçün ilkin hazırlığı (İnitial Operation Capability – IOC) 2023-cü ilin sonu – 2024-cü ilin əvvəlinə planlaşdırılır.

2019-cu ilin martında məlum olub ki, Polşanın “Polska Grupa Zbrojeniowa” və ABŞ-ın “Lockheed Martin” şirkətləri “Wisła” proqramı çərçivəsində “Patriot” ZRK-nın istehsalının qismən lokallaşdırılmasına dair saziş imzalayıblar. İlk Polşa istehsalı olan M903 MIM-104F Patriot PAC-3+ raket buraxma qurğuları 2021-ci ilin oktyabrında sifarişçiyə təhvil verilib.

2022-ci ilin may ayında Polşada HHM sisteminin yenilənməsi proqramının ikinci mərhələsinə başlanıb. Ölkə ABŞ-ın orta mənzilli “Patriot” ZRK-nin 6 batareyası sifariş edib. Sifarişə buraxma qurğuları, radiolokasiya stansiyaları və zenit raketləri daxildir.

309555258 647475330211082 4748673491467584662 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS