Polşada tırtıllı M120G “Rak” minaatanı yaradılıb

Polşada tırtıllı M120G “Rak” minaatanı yaradılıb

Polşada 120 mm çaplı M120G “Rak” özüyeriyən tırtıllı minaatan təqdim edilib.

“Poliqon” MILMAG portalına istinadən xəbər verir ki, cari ilin 7-10 sentyabr tarixlərində Kielçe şəhərində keçiriləcək XXIX Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı “Polskiej Grupy Zbrojeniowej” (PGZ) qrupunun tərkibinə daxil olan “Huta Stalowa Wola” (HSW) şirkəti tırtıllı 120 mm-lik özüyeriyən qurğunun yeni versiyasını təqdim edəcək.

Yeni qurğu təkmilləşdirilmiş yüngül tırtıllı şassi (Lekkim Podwoziu Gąsienicowym – LPG) üzərində M120G “Rak” özüyeriyən minaatanıdır.

Yenilənmiş tırtıllı minaatan yeni baza şassisi əldə edib. Əvvəlki M120 “Rak” prototipi ilə müqayisədə, yeni maşın hidropnevmatik asqı və 14 əvəzinə 12 dayaq vərdənəsi alıb, gövdə mina əleyhinə mühafizə də gücləndirilib.

Tamamilə yeni şassisdəki ən nəzərə çarpan dəyişiklik isə, Polşanın yeni “Borsuk” piyada döyüş maşınının (PDM) prototipinə bənzər bir quruluşa malik olan minaatan gövdəsinin xarici görünüşüdür.

Tətbiq edilmiş həllər maşını sürərkən və döyüş tapşırıqlarını yerinə yetirərkən vibrasiya və zərbənin azaldılması da daxil olmaqla nəqliyyat vasitəsinin heyəti üçün daha çox rahatlıq təmin edir.

Yeni minaatan, mövcud texniki həllərin istifadəsinin ən optimal səviyyəsi ilə, xüsusən də təkmilləşdirilmiş yüngül tırtıllı şassinin baza olaraq istifadəsini mümkün edən maksimal dərəcədə birləşdirmə ilə artilleriya sistemlərinin modul dizaynı konsepsiyasının bir hissəsidir.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Polşa Ordusu, milli istehsal olan 8 ədəd 120 mm “Rak” təkərli özüyeriyən minaatan alıb. Minaatanlardan başqa özündə 4 komanda-qərargah maşınını birləşdirən tam bir minaatan batareyası Şetsindəki 12-ci mexanikləşdirilmiş briqadaya təhvil verilib. Alınan özüyeriyən minaatan batareyası, briqadada üçüncüdür və bununla da divizion tam formalaşdırılıb.

Xatırladaq ki, tədarük müqaviləsi 2019-cu ildə “Huta Stalowa Wola SA” (HSW) şirkəti ilə Polşa Silahlanma Müfəttişliyi arasında imzalanıb. Müqaviləyə əsasən, 30 iyul 2021-ci ilə qədər HSW, “Rak” təkərli minaatan divizionunu təchiz etməli idi.

minaatan

120 mm çaplı M120G “Rak” özüyeriyən tırtıllı minaatan

rak

120 mm çaplı “Rak” təkərli özüyeriyən minaatan

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS