
“Airbus” şirkəti 51-ci A400M hərbi nəqliyyat təyyarəsini Almaniya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, təyyarə Almaniya A400M-lərinin əsas bazası olan Vunstorfa xidmət göstərəcək.
Xatırladaq ki, ilk A400M hərbi nəqliyyat təyyarəsi 2014-cü ilin dekabr ayında Almaniya HHQ-yə çatdırılıb. Ümumi olaraq isə 53 ədəd A400M-in tədarük edilməsi planlaşdırlıb.




