Prezident: Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq

Prezident: Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq

Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur: “Biz bu sahəyə bir neçə prizmadan baxırıq. Birincisi, daxili istehlakı daxili istehsalla maksimum təmin etmək. İkincisi, böyük sənaye sahəsi yaratmaq. Üçüncüsü, müasir kadr potensialı yaratmaq və ixrac imkanlarımızı genişləndirməkdir ki, bu sahəyə, eyni zamanda, gəlir gətirən sahə kimi baxmağa başlamışıq”.

Dövlət başçısının sözlərinə görə, ilkin mərhələdə məqsəd ancaq idxaldan asılılığı azaltmaq idi.

“Bu gün isə biz buna, o cümlədən biznes istiqaməti kimi baxırıq. Çünki dünyada, əfsuslar olsun ki, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır. Onların qiyməti kəskin artıb. İlk növbədə, sursatların qiyməti kəskin artıb. Ona görə bu, bizim üçün alternativ valyuta mənbəyi ola bilər və qoyduğum qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır. Hesab edirəm ki, biz bu rəqəmə üç-dörd ilə çata bilərik. Bu, tam realdır. Xarici şirkətlərdən də çox böyük maraq var, yerli şirkətlər də fəal işləyirlər. Yəni əminəm ki, yaxın gələcəkdə Azərbaycan ictimaiyyəti bu sahədə gedən işlərlə tanış olacaq”, – deyə Prezident İlham Əliyev qeyd edib.

CATEGORIES
TAGS