Xəbərlər
Prezident Daxili Qoşunların yeni inşa olunan hərbi hissəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Bu barədə “Poliqon” Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.


























