Prezident Daxili Qoşunlarla bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Aərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər edilib. Dəyişikliklərin nədən ibarət olduğu isə açıqlanmayıb.
Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.