Prezident: Ermənistan Azərbaycanın təklif etdiyi beş prinsipi qəbul edib

Prezident: Ermənistan Azərbaycanın təklif etdiyi beş prinsipi qəbul edib

Ermənistanla münasibətlərin normallaşdırılması üçün bizim irəli sürdüyümüz təkliflərə ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörmət də daxildir. Biz şadıq ki, Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, indi biz bu proseslə əlaqədar praktiki işlər görməliyik: “Çünki tarixdən də bilirik ki, bəzən hətta Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlar böyük əhəmiyyətə malik olmur. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Biz Ermənistandan da eyni addımı gözləyirik”.

Poliqon.az

CATEGORIES
TAGS