Xəbərlər

Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir

Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirib: “Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Back to top button