Prezident “Qaraheybət” qəzasında şəhid olan yeddi hərbçini təltif edib
Azərbaycan Prezident İlham Əliyevin bu gün təltif etdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan 7 hərbçi də var.
“Poliqon” xəbər verir ki, təltif edilən sərhədçi şəhidlər aşağıdakılardır:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
- Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra).
“Vətən uğrunda” medalı ilə:
- Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra);
- Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra);
- Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra);
- Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra);
- Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra);
- Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra).
Qeyd edək ki, DSX-nin hərbi helikopteri 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər – polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
CATEGORIES Xəbərlər