
Fransanın “UVS International” təşkilatı pilotsuz uçuş aparatlarının (PUA) dünya üzrə istehsalı ilə bağlı illik hesabatını açıqlayıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə “UVS International” təşkilatı açıqlama yayıb.
Hesabatda bildirilib ki, 2016-cı ildə pilotsuz uçuş aparatı (PUA) istehsal edən ölkələrin sayı 59-a, şirkətlərin sayı isə 661-ə çatıb.
2015-ci illə müqayisədə 1 ölkə və 24 şirkət əlavə PUA istehsalına yeni başlayıb. 2006-cı ildən artan PUA sayında ilk dəfə azalma müşadə olunub.
2016-cı ilin statistikasına görə, həmin il 2020 ədəd müxtəlif versiyalı pilotsuz uçuş aparatı istehsal olunub. Bu da 2015-ci ildə istehsal olunan PUA-ların sayından 95 ədəd azdır.
Xatırladaq ki, Azərbaycan PUA sahəsində milli istehsala 2000-ci illərin ortalarından başlayıb. Bu gün Azərbaycanda PUA istehsalı ilə ixtisaslaşmış “Azad Systems Co” şirkəti MSN və “Aeronautics Defense Systems” şirkətləri fəaliyyət göstərir.
Hazırda Azərbaycanda “Orbiter-2M”, “Orbiter-2B”, “Orbiter-3B” mini, “Aerostar-BP” taktik və “Zərbə” PUA-ların seriyalı istehsalı həyata keçirilir.



