Qatar Əmirliyi də PC-21 təyyarəsini seçdi
Qatar Hərbi Hava Qüvvələri Pilatus Aircraft şirkətinə 24 ədəd Pilatus PC-21 təlim təyyarəsi sifariş verib. Bu barədə “AzeriDefence” Pilatus şirkətinin saytına istinadən məlumat verib.
Müqavilə 24 ədəd PC-21 təyyarəsini, yer tədris sistemi və logistik paketi əhatə edir. Anlaşma çərçivəsində sifarişçiyə ilk təyyarənin 2014-cü ildə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl, may ayında Səudiyyə Ərəbistanı Hava Qüvvələri 55 ədəd PC-21 təyyarəsini sifariş verib.
KATEQORIYA: Aerospace