Qazaxıstan “Buk-M2E” zenit-raket kompleksləri əldə edib

Qazaxıstan “Buk-M2E” zenit-raket kompleksləri əldə edib

Qazaxıstan Silahlı Qüvvələri 9K317E “Buk-M2E” zenit-raket komplekslərinin ilk partiyasını əldə edib.

Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Rusiya və Qazaxıstan arasında imzalanan müqavilə çərçivəsində “Almaz-Antey” konserni tərəfindən istehsal edilən 9K317E “Buk-M2E” zenit-raket kompleksi sifarişçiyə çatdırılıb.

Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasına qəbul edilən “Buk-M2E” ZRK-nin sınaqları keçirilib. Sınaqlar zamanı “Buk-M2E” zenit-raket kompleksi şərti hava hədəfini vurub.

 

kazahstan poluchil pervyi zenitnyi raketnyi kompleks buk m2e mukkp17k 1612312981.t

kazahstan poluchil pervyi zenitnyi raketnyi kompleks buk m2e dpeze587 1612312981.t

CATEGORIES
TAGS