Müdafiə
Qazaxıstan daha bir artilleriya gəmisini Xəzərdə silahlanmaya qəbul etdi

Qazaxıstan Hərbi Dəniz Qüvvələri “Oral” raket-artilleriya gəmisini döyüş sıralarına qəbul edib. Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ötən gün Aktau dəniz bazasında keçirilən mərasimdə gəmidə ilk dəfə hərbi-dəniz bayrağı qaldırılıb və “Oral” HDQ-nin döyüş tərkibinə qəbul edilib.
Gəmi suya cari ilin aprel ayında endirilib.
“Oral” gəmisi raket-artilleriya silahları və müasir rabitə vasitələri, naviqasiya və şturman sistemləri ilə təchiz olunub. Gəminin tam su basımı – təxminən 250 tondur.
Bu Qazaxıstan Hərbi Dəniz Qüvvələrləri tərkibinə qəbul edilmiş ikinci raket-artilleriya gəmisidir.





