Qazaxıstan gələn ildən Mi-171 helikopterlərinin istehsalına başlayacaq

Qazaxıstan gələn ildən Mi-171 helikopterlərinin istehsalına başlayacaq

2020-ci ildən etibarən Qazaxıstanda Mi-8AMT / Mi-171 helikopterlərinin yığılmasına başlanacaq.

Bu barədə “AzeriDefence”yə Qazaxıstanın “Kazakhstan Engineering” Milli Şirkətindən məlumat verilib.

Bununla bağlı Nur-Sultan şəhərində “Kazakhstan Engineering”, “405 nömrəli Aviasiya Təmiri Zavodu” və “Rusiya Helikopterləri” ASC arasında Mi-8AMT / Mi-171 helikopterlərinin yığımının təşkili ilə bağlı üçtərəfli müqavilə imzalanıb.

Müqavilə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və Rusiyanın prezidenti Vladimir Putin arasındakı əvvəlki razılaşmaya uyğun olaraq bağlanıb.

“Kazakhstan Engineering” Milli Şirkətinin İdarə Heyətinin sədri Kuanış Bişimov bildirib ki, Qazaxıstanda hökumətin dəstəyi ilə ilk dəfə ağır helikopterlərin yığılması texnologiyası tətbiq olunur: “Layihənin uğurla həyata keçirilməsi Qazaxıstanın aviasiya parkını komplektləşdirməyə imkan verəcək. Habelə Qazaxıstanın helikopter sənayesinin gələcək inkişafında əhəmiyyətli bir irəliləmə olacaq”.

Helikopterlərin montaj və müştərilərin tələblərinə uyğunlaşdırılması “405 nömrəli Aviasiya Təmiri Zavodu”nda  aparılacaqdır. Zavod, Mi-8/17/171 helikopterlərinin təmiri, modernləşdirilməsi və istismarı üçün Qazaxıstan və beynəlxalq qurumlar tərəfindən sertifikatlaşdırılıb.

Məlumatda o da qeyd olunub ki, hazırda bir sıra dövlət qurumları ilə 8 ədəd helikopterin tədarükü üçün müqavilələr imzalanıb. Sonradan müştərilərin istəklərinə uyğun olaraq kelikopterlərin sayı 17 ədəd artırılıb. Helikopterlərin ilk partiyasının gələn il sifarişçiyə təhvil veriləcəyi planlaşdırılır.

aaa e1576492372574

CATEGORIES
TAGS