
Qazaxıstanın Müdafiə Nazirliyi Fransanın “Airbus Defence and Space” şirkəti ilə 2 ədəd C295 hərbi nəqliyyat təyyarəsinin alğı-satqısına dair müqavilə imzalayıb.
Bu barədə “AzeriDefence” “Airbus Defence and Space” şirkətinə istinadən məlumat verib.
Bununla da Qazaxıstan Hərbi Hava Qüvvələri 8 C295 təyyarəsinə sahib olacaq. Bundan əvvəl – 2013-2016-cı illərdə Qazaxıstan 6 ədəd C295 təyyarəsi alıb.
Qazaxıstandan əlavə Özbəkistan da 4 ədəd C295 təyyarəsi sifariş verib.



