Qazaxıstan Müdafiə Nazirliyi səylərini yerli müdafiə sənayesini dəstəkləməyə yönəldib
Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyi ölkənin zirehli texnika istehsal edən yerli “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin zavodunda olub.
Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov zavodun istehsal prosesi ilə tanış olub. Bundan başqa, müdafiə nazirinə konstruktor bürosunun iş prosesi də göstərilib.
General-polkovnik Ruslan Jaksılıkov Qazaxıstanın müdafiə qabiliyyətini gücləndirmək üçün Silahlı Qüvvələrin və yerli istehsalçıların səylərini birləşdirməyin zəruriliyini vurğulayıb.
Qeyd olunub ki, Qazaxıstan Müdafiə Nazirliyinin bütün səyləri yerli müdafiə sənayesini dəstəkləməyə yönəlib.