
Qazaxıstan ordusu Türk “Arma”sını sınaqdan çıxardı
Qazaxıstan ordusu Türkiyənin “Otokar” şirkətinin “Arma” 8×8 zirehli nəqliyyat vasitəsini və ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulunu test edib.
Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Nazirlik təkərli zirehli nəqliyyat vasitələri bazarının araşdırılmasına məqsədilə “Arma”nı test edib. “Arma” 8×8 zirehli maşının və “Nəfər” döyüş modulunun sınaqları Karaqanda vilayətindəki poliqonlardan birində olub.
Qeyd edək ki, Qazaxıtan silahlı qüvvələri ötən ildə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafının Nazirliyinin nümayəndələrinin iştirak ilə “Arma” 8×8 zirehli maşının test edib. Bundan əvvəl Qazaxıstanda Fransanın “Nexter” və İtaliyanın “İveco” şirkətlərinin istehsalı olan zirehli döyüş maşınları sınaqlara təqdim olunsa da, sərt qış şərtlərində həmin maşınlar istənilən performansı göstərə bilməyib.
“Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25-30 mm orta çaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uyğundur. “Arma” 8×8 üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir.
Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir.