Qazaxıstan prezidenti “Arma 8×8” zirehli maşınının imkanları ilə tanış olub

Qazaxıstan prezidenti “Arma 8×8” zirehli maşınının imkanları ilə tanış olub

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Batil Toytaris-2023” strateji komanda-qərargah hərbi təlimi çərçivəsində yerli müdafiə sənayesi müəssisələri tərəfindən istehsal edilən silah və hərbi texnika ilə tanış olub.

“Poliqon” Qazaxıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, sərgidə Kasım-Jomart Tokayevə “Vostok Polimer Snab”ın, “Semey”in, “Navyco”nun, “Universal-Build”in, “Energy General”ın və digər müəssisələrin hazırladığı məhsullar və imkanlar təqdim edilib.

Bundan başqa, prezidentə Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən 8×8 təkər formullu “Arma” zirehli maşınının su maneələrini keçmək imkanları və Qazaxıstan-Türkiyə birgə müəssisəsi olan “Kazakhstan Aselsan Engineering”in müasir rabitə və gecəgörmə cihazları nümayiş etdirilib.

CATEGORIES
TAGS