“DeltaV” şirkətinin hibrid raket sistemi yüksəklik rekordu qırıb

“DeltaV” şirkətinin hibrid raket sistemi yüksəklik rekordu qırıb

Türkiyənin “DeltaV” şirkəti tərəfindən hazırlanmış iki mərhələli hibrid raket sisteminin sınağı keçirilib.

“Poliqon” Türkiyə Müdafiə Sənayesi Komitəsinə (SSB) istinadən xəbər verir ki, sınaq zamanı 200+ km hündürlüyə qalxan raket sistemi, hibrid raket mühərrikləri ilə əldə edilən yüksəklik rekordunu qırıb.

Bildirilib ki, sınaq çərçivəsində bir çox çətin hədəfə uğurla nail olunub.

“Bu uğur, yalnız ölkəmiz üçün deyil, hibrid raket texnologiyaları baxımından da qlobal miqyasda önəmli bir inkişaf xarakteri daşıyır. Kosmik tətbiqlər üçün kritik əhəmiyyətə malik bu sistem, Milli Kosmos Proqramı hədəflərimiz istiqamətində gələcəkdə daha da inkişaf etmiş missiyaların yolunu açacaqdır”, – deyə SSB tərəfindən qeyd edilib.

CATEGORIES
TAGS