Qazaxıstan və BƏƏ birlikdə zirehli katerlər istehsal edə bilər

Qazaxıstan və BƏƏ birlikdə zirehli katerlər istehsal edə bilər

Birləşmiş Ərəb Əmirliklərinin “Aksum Marine” şirkəti və Qazaxıstanın Ural “Zenit” zavodu (“Kazakhstan Engineering” şirkətinin bir hissəsi) birlikdə zirehli katerlər istehsal edə bilər.

Bu barədə “Poliqon” “Kazakhstan Engineering” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, “Kazakhstan Engineering” şirkətində təşkil olunan görüşdə tərəflər CHASER seriyalı zirehli katerlərin birgə istehsalını müzakirə ediblər.

Qeyd edək ki, “Aksum Marine” istehsalı olan CHASER seriyalı katerlərin 10, 12 və 14 metr uzunluğundakı versiyaları mövcuddur.

CATEGORIES
TAGS