Qazaxıstan və Özbəkistanın nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Qazaxıstan və Özbəkistanın nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Azərbaycanda səfərdə olan Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin və Özbəkistan  Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyətləri Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyətlərinə hərbi institutun tarixi və fəaliyyəti barədə brifinqlər təqdim edilib, hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olub, eyni zamanda, tədris prosesini izləyiblər.

Poliqon.az

CATEGORIES