Aerospace
Qazaxıstanın EC-145 helikopterlərinin elektronik sistemləri ASELSAN-danlar

“Eurocopter Kazakhstan Engineering” şirkəti ilə ASELSAN arasında müqavilə imzalanıb. Bu barədə “AzeriDefence” Türkiyənin “Anadolu” agentliyinə istinadən məlumat verib.
Müqavilə ötən il ASELSAN-ın iştirakı ilə qurulmuş “Kazakhstan ASELSAN Engineering” şirkəti ilə imzalanıb. Müqaviləyə əsasən Qazaxıstanda istehsal ediləcək EC-145 helikopterlərinə elektronik cihazların və sistemlərin inteqrasiya edilməsinə dair
Sənədi Qazaxıstan müdafiə nazirinin müavini, general-mayor Talqat Cancümənov, Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar, ASELSAN baş direktoru Çingiz Ergeneman, “Eurocopter” şirkətinin direktor müavini Lutz Bertling və “Kazakhstan Engineering” şirkətinin idarə heyətinin sədri Bolat Smagulov imzalayıb.



