Qazaxıstanın ilk gəmisi aprelin sonlarında dənizə endiriləcək

“Qazaxıstan” raket-artilleriya kateri aprel ayının sonlarında dənizə endiriləcək. Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Zenit” zavodu tərəfindən istehsal edilmiş gəmi müstəqil və zərbə qrupunun tərkibində suüstü döyüş gəmilərinin, katerlərin və rəqibin dəniz nəqliyyat vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Qazaxıstan Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələrlərinin silahlandırılmasına 2012 və 2013-cü illərdə daha iki belə gəmi daxil etməyi, 2016-cı ilədək isə təlim-tədris stansiyasını dənizə endirməyi planlaşdırır.

Ötən gün müəssisəyə səfər edən Qazaxıstanın müdafiə naziri Adilbəy Caksıbekov gəmi ilə tanış olub. Ona hərbi gəminin imkanları və təchizatı barədə məlumat verilib. Bildirilib ki, gəmi hər cür hava şəraitində qarşıya qoyulan tapşırıqları yerinə yetirmək imkanına malikdir. Bunun üçün gəmidə ən müasir avadanlıqlar və silah sistemləri qurulub.

KATEQORIYA: