HavaXəbərlər

Qətər Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb, 7 nəfər həlak olub

Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim fəaliyyətləri həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter 21 mart axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, dərhal başladılan axtarış-xilasetmə əməliyyatı nəticəsində helikopterin qalıqları və şəhidlərin nəşləri aşkarlanıb.

Qəza nəticəsində helikopterdə olan Qətər Silahlı Qüvvələrinin dörd hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və ASELSAN şirkətinin iki əməkdaşı həyatını itirib.

Qəzanın dəqiq səbəbi Qətər səlahiyyətli orqanları tərəfindən aparılacaq araşdırma nəticəsində müəyyən ediləcək.

Back to top button