Qırğızıstan Çindən ZRK alıb

Qırğızıstan Çindən ZRK alıb

Qırğızıstan Hava Hücumundan Müdafiə Qoşunları Çindən “Flying Leopard 6C” mobil zenit-raket kompleksi alıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Dambıyev bloqu məlumat yayıb.

Kompleksin tərkibinə Çinin “Naveco” şirkətinin “Iveco VM90” nəqliyyat vasitəsinin şassisində hazırladığı radiolokasiya stansiyası və atəş uzaqlığı 500 metrdən 6000 metrədək təşkil edən QW-2 portativ ZRK daxildir.

Bu komplekslər Qırğızıstan silahlı qüvvələrinin İssık-Kul ərazisindəki Bujum poliqonunda keçirilən təlimlərində qeydə alınıb.

CATEGORIES
TAGS