Qırğızıstanda “Bayraktar TB2” PUA-lar xidmətə başlayıb

Qırğızıstanda “Bayraktar TB2” PUA-lar xidmətə başlayıb

Qırğızıstanın Türkiyənin “Baykar” şirkətindən aldığı “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin istifadəsinə verilib.

“Poliqon”un məlumatına görə, Qırğızıstan Prezidenti Sadır Japarov xidmətə başlayan “Bayraktar TB2” PUA-lara baxış keçirib.

Qırğızıstan hökuməti “Bayraktar TB2” PUA-ların tamamilə büdcədən ayrılan vəsait hesabına alındığını və ölkənin müdafiə, təhlükəsizlik və sərhəd mühafizəsi üçün istifadə ediləcəyini açıqlayıb.

Qırğızıstanın aldığı “Bayraktar TB2”lərə “Roketsan” şirkətinin MAM-L sursatı və ASELSAN şirkətinin CATS elektro-optik sensor sistemi daxil edilib.

Qeyd edək ki, CATS sistemi indiyədək 5 ölkəyə ixrac edilib. Xaricə ixrac edilən CATS sistemləri hazırda “Bayraktar TB2” PUA platformalarında istifadə olunur.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib ki, Qırğızıstan Türkiyədən 300 milyon qırğız somu (33,4 milyon ABŞ dolları) dəyərində “Bayraktar TB2” PUA-ları və 40 ədəd zirehli döyüş maşını alıb. Taşiyev həmçinin qeyd edib ki, Qırğızıstan Rusiyadan “Orlan-10” PUA-ları da alıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS