HavaXəbərlər

“Quantum Systems”in tutucu dronları “Airbus” helikopterlərinə inteqrasiya olunacaq

“ILA Berlin 2026” sərgisində “Airbus Helicopters” və “Quantum Systems” şirkətləri əməkdaşlıq sazişi imzalayıblar.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, bu saziş hərbi helikopterlərə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərinin inteqrasiyası üçün əməkdaşlığı əhatə edir.

Sözügedən əməkdaşlıq çərçivəsində “Quantum Systems”in PUA əleyhinə tutucu dron texnologiyalarının “Airbus”ın hərbi helikopterlərinə, ilk növbədə isə çoxməqsədli H145M helikopterinə inteqrasiyası imkanları araşdırılacaq.

Qeyd edək ki, “Airbus Helicopters” şirkəti “ILA Berlin 2026” sərgisində H145 helikopter ailəsinin pilotsuz versiyası olan U145 platformasını təqdim edib. Şirkətin stendində nümayiş etdirilən U145 maketində artıq “Quantum Systems”in inkişaf etdirdiyi tutucu dron həlli yer alıb.

Back to top button