
“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələrindən (Bundesver) 23 ədəd “Buffalo 3” zirehli təmir-təxliyə maşını sifarişi alıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, sifariş üzrə ilk maşının 2027-ci ilin dekabrında, sonuncunun isə 2029-cu ilin iyununda təhvil verilməsi planlaşdırılır.
Qeyd olunub ki, Almaniya hərbi yardım çərçivəsində əvvəllər Ukraynaya 21 ədəd “Bergepanzer 2” (BPz 2) və iki ədəd “Bergepanzer 3” (BPz 3) zirehli bərpa maşını təhvil verib. İndi verilən 23 maşınlıq sifariş də həmin itkiləri kompensasiya edir və Bundesverin zirehli təmir-təxliyə imkanlarını gücləndirir.




